ŞİRKƏT

ŞİRKƏT

Məqsədimiz

“Bakelektro” ASC fəal olduğu regionda göstərdiyi elektrikquraşdırma və inşaat xidmətləri ilə lider olmağı qarşısına məqsəd qoymuşdur. Bu məqsədi həyata keçirmək üçün hədəfə aldığımız uzun müddətli strategiyalarımız aşağıdakılardır:

 

Öhdəliyimizə götürdüyümüz layihələrin müştərilərimizə yüksək keyfiyyət və məmnunluq verə biləcək şəkildə həyata keçirilməsi üçün ən yeni və müasir mühəndislik və inşaat texnologiyalarını təmin etməklə bağlı olaraq “Bakelektro” ASC öhdəlik daşıyır. Bu öhdəliyin bir hissəsi kimi həyata keçirdiyimiz işlərin keyfiyyəti bizi müştərilərimizin nəzərində ən perspektivli firmaların sırasına daxil edəcəyinə inanırıq.

 

Ən çətin layihələrdə inkişaf etmiş texnologiyalarla işləmək, çətin şərait və şərtlər altında olmasına baxmayaraq işində peşəkar olmaq, iş metodlarımızı, texnologiyamızı, keyfiyyət və performansımızı daima inkişaf etdirmək, fərqli xidmət göstərmək və rəqabətimizi artırmaq üçün yeniliklərdən istifadə etmək, strateji ortaqlıqlar ilə müxtəlif sahələrdə söz sahibi olmaq və ortalıqlardan həmişə faydalanaraq irəli getmək.

 

“Bakelektro” ASC bir layihənin əvvəldən-axıra qədər həyata keçirilməsi üçün zəruri olan bütün qaynaqları təqdim etməkdədir. Bizə yaxın olan şirkətlərlə birlikdə Bakelektronun tərkibində fizibilitasiya işləri üzrə təcrübə layihələrinin hazırlanmasınada inşaatdan quraşdırma işlərinə qədər hər cür xidmətlər əksini tapmaqdadır. Xidmətlərimizdəki müxtəliflilik sayəsində sadəcə daha sürətli işləməklə kifayətlənməyib, eyni zamanda daha keyfiyyətli iş layihələrimizə böyük töhfə verməkdəyik.