İŞ PRİNSİPİMİZ

İŞ PRİNSİPİMİZ

1. “Bakelektro ”ASC-nin istehsal sahəsi gözəl paytaxtımız Bakıdan 35 km aralıqda yerləşən Zirə qəsəbəsi, Dübəndidə yerləşir.

2. Müasir dövrdə yüksək keyfiyyətli elektrik avadanlıqlarına olan tələbatı nəzərə alaraq, Azərbaycan Respublikasıda energetikanın inkişaf qanunlarına əsasən “Bakelektro”ASC böyük istehsal gücünə malikdir.

3. Bu məqsədlə BEK və DÜİST standartlarına uyğun istehsal və sınaq sahələri yaradılmışdır, proqram təminatlı yüksək texnologiyaya malik avadanlıqlar alınmışdır. 6-35 KV-luq yüksək gərginlikli paylayıcı qurğular və 0,4 KV-luq müxtəlif paylayıcı elektrik lövhələrinin konstruksiya və texniki xarakteristikaları DÜİST, Beynəlxalq standartlar və qəbul edilmiş normalar əsasında işlənib hazırlanmışdır. Yığma kameralar, onların daxilinə quraşdırılmış elementlər və məmulatlar DÜİST 9920-96, 1516-1,2 izolyasiya standartları, DÜİST 14254-96 – iqlim standartları, İEC 60255-3, DÜİST 687, 7,5-36 KV-luq vakuum açar standartları (Tavrida BB/TEL, Samara SEŞ və 3AH açarlarının), BEK 60-056 və 60-694 Beynəlxalq standartları - VDE 0670 Alman və BS 5311 İngilis standartlarına uyğundur.

4. Yığılmış kameralarda quraşdırılmış açarlar, ayırıcılar, şinaltı və tutum indikasiyalı dayaq izolyatorları 150 kV-luq sınaq qurğusunda DÜİST 1516-1,2-ə uyğun olaraq sınaq edilir. Sınaqlarda izolyasiya elementlərinin elektrik möhkəmliyi ilə yanaşı onların daxilindən və səthindən keçən sızma cərəyanlarının cəmi də ölçülür. İstehsal etdiyimiz məhsullar bütün müştərilərimiz tərəfindən bəyənilir və uğurla tətbiq edilir.